Yuxarı

​Lavrov: "Dilgəm Əsgərovun əsir götürülməsi məsələsini erməni tərəfi ilə müzakirə edəcəyik"

Nazir Rusiya tərəfinin vətəndaşların taleyi ilə daima maraqlandığını vurğulayıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Ermənistan tərəfindən əsir götürülən Rusiya vətəndaşı ilə bağlı məsələni Rusiya Ermənistan tərəfi ilə müzakirə edəcək. "Report" xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ilin yekunları ilə bağlı mətbuat konfransında bildirib. 

"O, ermənilər tərəfindən əsir götürülüb, buna görə də biz bu məsələni erməni tərəfi ilə müzakirə edəcəyik. Bizim çox sayda vətəndaşlarımız dünyanın müxtəlif ölkələrində saxlanılıb", - S.Lavrov qeyd edib.  

Nazir Rusiya tərəfinin vətəndaşların taleyi ilə daima maraqlandığını vurğulayıb.

"Əsir götürülməsinin səbəbləri haqqında məlumatın əldə edilməsinin zərurətini nəzərə alaraq, bu səbəblər haqqında həmin məlumat əsasında, bizim vətandaşlarımız barəsində irəli sürülən ittihamların ağırlığının qiymətləndirilməsi əsasında onun hansı şəraitdə saxlandığını, onu saxlayan ölkədə vətəndaşlarımız barəsində hansı planların olduğunu dərk edirik. Biz Rusiyanın müvafiq dövlətlə ikitərəfli münasibətləri çərçivəsində mövcud olan kanallarla müvafiq qərarları qəbul edirik", -RF xarici işlər naziri bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi