Yuxarı
    Bağlamaq

    Latviya Seyminin 53 deputatı Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib

    Sənəddə Azərbaycan xalqına Latviya Seymi tərəfindən başsağlığı verilir və bu faciənin insanlıq əleyhinə cinayət olduğu bildirilir

    Bakı. 26 fevral. REPORT.AZ/ Latviya Seyminin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr qrupu tərəfindən Xocalı soyqırımı haqqında bəyanat qəbul edilib. 

    "Report"un məlumatına görə, bəyanat Latviya Seyminin 53 deputatı tərəfindən imzalanıb.

    Bəyanatda Xocalı faciəsinin ildönümünü qeyd edən Azərbaycan xalqına Latviya Seymi tərəfindən başsağlığı verilir və bu faciənin insanlıq əleyhinə cinayət olduğu bildirilir.

    Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu vurğulanır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi