Küveytdə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Küveytdə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb Anım mərasimində Xocalıda qətlə yetirilmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Qarabağ
24 Fevral , 2016 22:41
Küveytdə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Bakı. 24 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən tədbirlər həyata keçirilib.

Səfirlikdən “Report”a verilən məlumata görə, belə ki, faciənin ildönümü ərəfəsində Küveytin məscidlərində öncəki illərdə olduğu kimi bu il də cümə namazı xütbələrində Xocalı soyqırımının qurbanları anılıb, onlara Allahdan rəhmət dilənib.

Həmçinin Azərbaycanın Küveytdəki səfirliyində Küveytdə yaşayan azərbaycanlılar, Türkiyənin icma üzvlərinin, Küveytin ictimai-siyasi dairələrinin nümayəndələrini iştirakı ilə anım mərasimi keçirilib.

Anım mərasimində Xocalıda qətlə yetirilmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə səfirliyin müvəqqəti işlər vəkili Cavid Musayev çıxış edərək 1992-ci ilin 26 fevral tarixində Xocalıda SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə erməni quldurlarının törətdikləri ağlasığmaz qəddarlıqdan söhbət açıb.

Eyni zamanda tədbirdə “Vətənsevər Dostluq Cəmiyyəti”nin sədri Könül Hacızadə çıxış edərək, Xocalı qətliamı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə məlumat verib.

Daha sonra tədbir iştirakçıları “Xocalı” sənədli filminə tamaşa edib,

Göstərilənlərlə yanaşı, səfirlik tərəfindən ərəb və ingilis dilində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş xüsusi bülleten hazırlanaraq, Küveyt parlamentinə, Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərə, ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilib.

Bundan əlavə, Küveytin bir sıra aparıcı KİV-lərdə Xocalı soyqırımı barədə geniş məqalələr çap olunub.

Son xəbərlər

Orphus sistemi