Yuxarı
    Bağlamaq

    Kuçma: "Postsovet məkanında münaqişələrin həlli təcrübəsi genişləndirilmiş formatın nəticə vermədiyini göstərir"

    Ukraynanın sabiq prezidenti Dağlıq Qarabağ münaqişəsini nümunə gətirib

    Bakı. 15 dekabr. REPORT.AZ/ Postsovet məkanında münaqişələrin nizamlanması təcrübəsi göstərir ki, formatın genişləndirilməsi nəticə vermir.

    "Report"xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti, hazırda Ukrayna problemi ilə bağlı “Təmas qrupu”nda rəsmi Kiyevi təmsil edən Leonid Kuçma "Fokus" jurnalına deyib.

    O, bu məsələyə ABŞ və ya digər ölkələrin Ukrayna problemi üzrə Minsk prosesinə qoşulma ehtimalı ilə bağlı danışarkən toxunub. Kuçma deyib ki, bu, prosesə xələl gətirə bilər.

    "İkincisi, postsovet məkanında digər münaqişələrin nizamlanması təcrübəsi onu deməyə əsas verir ki, hətta genişləndirilmiş formatlar da real nəticələr vermir", - deyə o bildirib və doqquz ölkənin daxil olduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli qrupunu nümunə gətirib.

    Bununla yanaşı Kuçma qeyd edib ki, üçtərəfli kontakt qrupu köməkçi rol oynayır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi