Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan və Ukraynanın öz ərazi bütövlüyü problemlərini
"Artıq BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı 6 dəfə müzakirə aparıb və hər dəfə də Rusiya bunun əleyhinə səs verib. Bununla da hər şey bitib. Yəni Ukraynanın probleminin və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurası vasitəsilə həll olunacağına dair ümidlər əbəsdir. Bu, artıq ikili yox, üçlü standartlardır. Əslində isə heç bir standart belə ümumilikdə mövcud deyil. Dünyanın nizamı pozulub", - Kuçma qeyd edib.
"Güclü ölkə olmaq lazımdır. Baxmayaraq ki, problemi hərbi yolla həll etmək istəyi özü problemlər yaradır. Mən bilirəm ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən çoxdur, lakin Ermənistanın arxasında onun ərazisində bazalarını yerləşdirən başqa bir ölkə durur", - Ukraynanın sabiq prezidenti əlavə edib.
Ukraynanın MDB-yə üzvlüyünə toxunan L.Kuçma bildirib ki, həmin təşkilat artıq fəaliyyət göstərmir. "Bu struktur artıq fəaliyyət göstərmir. Moskva MDB-nin fəaliyyətinin başa çatmasında günahkardır. MDB artıq kağız üzərində qalıb", - Kuçma deyib.