Yuxarı

​KTMT-nin baş katibi: "Dağlıq Qarabağda gərginlik azalmayıb"

Nikolay Bordyuja: Dondurulmuş münaqişə adlanan bölgələrdə gərginliyin artması ehtimalı qalmaqdadır

Bakı. 28 aprel. REPORT.AZ/ "Təəssüf ki, Dağlıq Qarabağda silahlı qarşıdurmanın kəskinliyi azalmayıb".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik üzrə 5-ci konfransdakı çıxışında bildirib.

"Dondurulmuş münaqişə" adlanan bölgələrdə gərginliyin artması ehtimalı qalmaqdadır. Son zamanlar bu kəskinləşib. Təəssüf ki, Dağlıq Qarabağda silahlı qarşıdurmanın kəskinliyi azalmayıb", - deyə o, vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi