KTMT baş katibi: Cənubi Qafqazda vəziyyət kəskinləşir

KTMT baş katibi: Cənubi Qafqazda vəziyyət kəskinləşir Nikolay Bordyuja Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki insidenti şərh edib
Qarabağ
13 Noyabr , 2014 17:50
KTMT baş katibi: Cənubi Qafqazda vəziyyət kəskinləşir

Bakı. 13 noyabr. REPORT.AZ/ "Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində insident regionda vəziyyətin gərginləşməsinə şərait yaradır". "Report" xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibinin bəyanatında deyilir.

Nikolay Bordyuja noyabr ayının 12-də təmas xəttində Ermənistan helikopterinin vurulması xəbəri ilə bağlı narahatlığını bildirib.

"Bu il ərzində Azərbaycan və Qarabağ qoşunlarının təmas xəttində, eləcə də Azərbaycan-Ermənistan sərhədində mütəmadi olaraq silahlı insidentlər baş verib. Yay ayları ərzində atəşkəs rejimi 1500 dəfə pozulub" , - deyə N.Bordyujanın bəyanatında qeyd olunub. 

Onun fikrincə, münaqişənin gərginləşmə təhlükəsi yaranıb. 

"Cənubi Qafqazda vəziyyət kəskinləşir", - deyə o vurğulayıb. 

"Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin davamını təmin etmək vacibdir", - deyə KTMT baş katibi vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi