​KTMT təmsilçisi: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil"

​KTMT təmsilçisi: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil" Vladimir Zaynetdinov:"Nikolay Bordyuja Ermənistanın siyasi-hərbi rəhbərliyi ilə daimi əlaqə saxlayır"
Qarabağ
2 Aprel , 2016 15:11
​KTMT təmsilçisi: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil

Bakı. 2 aprel. REPORT.AZ/ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Ermənistanın siyasi-hərbi rəhbərliyi ilə daimi əlaqə saxlayır.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov Dağlıq Qarabğda təmas xəttindəki gərginliklə bağlı açıqlamasında bildirib.

Danışıqlar haqda ətraflı məlumat verməyən mətbuat katibi deyib: "Nikolay Bordyuja Ermənistanın müdafiə naziri Seyran Ohanyanla danışıb. Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil".

Son xəbərlər

Orphus sistemi