Bakı. 10 iyun. REPORT.AZ/ Kreml Dağlıq Qarabağda vəziyyətin nizamlanması ilə əlaqədar üçtərəfli sammitə hazırlığın aparılmasını təsdiq edib.
"Report" TASS-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, sammit Sankt-Peterburq şəhərində keçirilə bilər.
"Bu istiqamətdə iş aparılır. Biz bu növ görüşlərin baş tutacağını istisna etmirik. Bu, tam təsdiqləndikdə, biz həmişə olduğu kimi, məlumat verəcəyik", - Kremlin nümayəndəsi bəyan edib.