Yuxarı

Rusiya prezidentinin köməkçisi: Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü iyunun 20-də keçiriləcək

Rusiya prezidenti Azərbaycan və Ermənistan prezidentləri ilə əvvəlcə təkbətək görüşəcək

Bakı 14 iyun . REPORT.AZ/ Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putin və Serj Sarqsyanın üçtərəfli görüşü iyunun 20-də Sankt-Peterburqda olacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiyanın dövlət başçısı Vladimir Putin əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan rəhbəri Serj Sarqsyanla ayrı-ayrılıqda görüşəcək: "Daha sonra isə Dağlıq Qarabağla bağlı üçtərəfli görüş olacaq".

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan KİV-ləri üçtərfli görüşün iyunun 26-da keçiriləcəyi haqqında xəbər yaymışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi