Yuxarı

​Koreyada Xocalıya ədalət kompaniyası çərçivəsində tədbirlər davam etdirilir

Seul şəhərinin mərkəzi ərazisində yerləşən küçədə fevral ayının 23-dən etibarən on beş gün ərzində Xocalıya ədalət banerləri asılıb

Bakı. 26 fevral. REPORT.AZ/ Xocalı soyqırımı barəsində Koreya ictimaiyyətinə geniş məlumat vermək məqsədi ilə Azərbaycanın Koreyadakı səfirliyinin təşəbbüsü ilə Seul şəhərinin mərkəzi ərazisində yerləşən Yongsan rayonunun İtaevon küçəsində fevral ayının 23-dən etibarən "Xocalıya ədalət" banerləri asılıb. Bu barədə "Report"a səfirlikdən məlumat verilib.

21.87 kvadmetr əraziyə malik olan və 227 min əhalinin yaşadığı Yongsan rayonu Seul şəhərinin mərkəzi rayonlarından biri olmaqla bərabər xarici turistlərin ən çox ziyarət etdiyi ərazilərdən hesab edilir. Yongsan rayonu həmçinin, xarici ölkələrin Seulda fəaliyyət göstərən Diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların binalarının yerləşdiyi əsas rayondur.

Xocalıya ədalət kompaniyası çərçivəsində fevral ayının 23-25 fevral tarixlərində "BUTA" Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri soyqırımı barəsində səfirlik tərəfindən Koreya dilində hazırlanmış müxtəlif tipli təbliğat materiallarını şəhər sakinlərinə paylayıblar.

Qeyd edək ki, Xocalı soyqırımı barəsində Koreya ictimaiyyətinə geniş məlumat vermək məqsədi ilə ölkənin koreya və ingilis dilli KİV-ində məqalələr dərc edilib, həmçinin, səfirlik tərəfindən hazırlanmış press-relizlər Koreyanın müxtəlif qurumlarına, Seulda fəaliyyət göstərən Diplomatik nümayəndəliklərinə və beynəlxalq təşkilatlara göndərilib. Bununla yanaşı, səfir Rəmzi Teymurovun ölkədə ingilis dilində nəşr olunana Korea Herald qəzetində Xocalı soyqırımına dair məqaləsi dərc edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi