Yuxarı

Komitə sədri: "Ermənistan Azərbaycana vurduğu ziyanın əvəzini ödəməli olacaq"

Heç bir işğal əbədi ola bilməz

Bakı. 5 mart. REPORT.AZ/ İşğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycana vurduğu ziyana görə gec-tez cavab verməli olacaq və onun əvəzini ödəməli olacaq.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün “İşğal altında qalan abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi” mövzusunda keçirilən konfransda deyib.
M.Qurbanlı qeyd edib ki, erməni işğalçıları milli-mədəni abidələrimizə, o cümlədən ekologiyamıza çox böyük ziyan vurublar. O vurğulayıb ki, vurulmuş ziyan Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Qiymətləndirmə Komissiyası tərəfindən araşdırılır, toplanır həmin sənədlərin əsasında Ermənistanın işğalı nəticəsində vurduğu ziyan hesablanır: “Azərbaycan müvafiq olaraq işğalçı Ermənistanın vurduğu ziyanın əvəzini almaq üçün beynəlxalq hüquqa uyğun olaraq müraciətlər edir. Heç bir işğal əbədi ola bilməz. İşğalçılar gec-tez Azərbaycan torpaqlarından çıxarılacaq”.

Komitə sədrinin sözlərinə görə, bütövlükdə işğal olunmuş torpaqlarda milli-mədəni dəyərlərimizə vurulmuş ziyanın qiymətləndirilməsi ilə əlaqədar mütəxəssislərlə fikir mübadiləsi aparmaq və onu beynəlxalq ictimai rəyə çatdırması ilə bağlı xeyli işlər görülüb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi