Köçəryanın anası Azərbaycan torpaqlarında dəfn ediləcək

Köçəryanın anası Azərbaycan torpaqlarında dəfn ediləcək Dəfn mərasimi avqustun 19-da keçiriləcək
Qarabağ
17 Avqust , 2015 13:45
Köçəryanın anası Azərbaycan torpaqlarında dəfn ediləcək

Bakı. 17 avqust. REPORT.AZ/ Ermənistanın ikinci prezidenti Robert Köçəryanın anası Emma Ohanyan Azərbaycanın işğal altında olan Xankəndi şəhərində dəfn ediləcək.

"Report" xəbər verir ki, bu haqda Robert Köçaryanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dəfn mərasimi avqustun 19-da Xankəndidəki şəhər qəbiristanlığında keçiriləcək.

Xatırladaq ki, E.Ohanyan avqustun 16-da vəfat edib. 

Son xəbərlər

Orphus sistemi