Kiprin XİN başçısı: “2017-ci il Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyiş ili olacaq”

Kiprin XİN başçısı: “2017-ci il Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyiş ili olacaq” İoannis Kasulidis: “Bu il Avropa Şurasına üzv dövlətlərin ərazilərində mövcud münaqişələrin həllində irəliləyiş olacaq”
Qarabağ
24 Yanvar , 2017 13:49
Kiprin XİN başçısı: “2017-ci il Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyiş ili olacaq”

Bakı. 24 yanvar. REPORT.AZ/ “2017-ci il Avropa Şurasına üzv dövlətlərin ərazilərində mövcud münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyiş ili olacaq”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kiprin (yunan hissəsinın) xarici işlər naziri İoannis Kasulidis Avropa Şurası Parlament Assambleyasının qış sessiyasındakı çıxışında bildirib.

“Əlbəttə, mən ilk növbədə Ukraynanı, Dağlıq Qarabağdakı münaqişəni və Moldovanın Dnestryanı bölgəsindəki vəziyyəti nəzərdə tuturam”, - deyə nazir quruma üzv dövlətlərin ərazilərindəki mövcud münaqişələrin həllindən danışarkən vurğulayıb.

Qeyd edək ki, Kipr yanvardan başlayaraq 6 ay ərzində Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək. 

Son xəbərlər

Orphus sistemi