Yuxarı
    Bağlamaq

    KİV: Putin-Sarqsyan görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq

    Skakov: Bu məsələ Rusiya üçün çox vacibdir

    Bakı. 15 noyabr. REPORT.AZ/ Ermənistan və Rusiya prezidentləri - Serj Sarqsyanla Vladimir Putinin görüşü zamanı digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da müzakirə olunacaq.

    “Report” xəbər veri ki, bu barədə rusiyalı ekspert, şərqşunas Aleksandr Skakov RİA "Novosti"yə bildirib.

    O, görüşün rusiyalı lider ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən danışıqlardan dərhal sonra baş tutacağını xüsusi vurğulayıb.

    "Moskva elan etməsə də, münaqişənin nizamlanması ilə ATƏT-in Minsk qrupundakı digər dövlətlərdən daha fəal məşğuldur. Çünki bu, onun üçün çox vacibdir. Fikrimcə, Ərdoğanla Putin arasında danışılan məqamlar Sarqsyanla Putin arasında keçiriləcək görüşdə də səsləndiriləcək", - deyə ekspert bildirib.
    A.Skakov gələn həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistana reallaşacaq səfərlərini də qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi