KİV: Ermənistan parlamentinin iclasının gündəliyinə "DQR"in tanınması məsələsi salınmayıb

KİV: Ermənistan parlamentinin iclasının gündəliyinə "DQR"in tanınması məsələsi salınmayıb Parlamentin toplantısının gündəliyinə 15 məsələ daxil edilib
Qarabağ
5 May , 2016 16:47
KİV: Ermənistan parlamentinin iclasının gündəliyinə DQRin tanınması məsələsi salınmayıb

Bakı. 5 may. REPORT.AZ/ Ermənistan parlamentinin mayın 10-da keçiriləcək növbədənkənar toplantısının gündəliyinə qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsi daxil edilməyib.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Məlumata görə, parlamentin sessiyasının gündəliyinə 15 məsələ daxil edilib, onlardan 4-ü beynəlxalq müqavilələrə aiddir. 

"Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması gündəlikdə yoxdur", - deyə BBC bildirib.

Qeyd edək ki, mayın 5-də Ermənistan hökuməti bu məsələ ilə bağlı "qanun layihəsi"ni dəstəkləyərək parlamentə göndərib. 

Son xəbərlər

Orphus sistemi