Yuxarı

​KİV: Erməni əhalisi təlaş içərisindədir

Təmas xəttinə yaxın ərazilərdə yaşayan insanlar təcili şəkildə köçürdülür

Bakı. 2 Aprel. REPORT.AZ/ Erməni ordusu çoxsaylı itkilər verib. “Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, şahidlər işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin vurulmuş tanklarını, həmçinin çoxsaylı öldürülmüş hərbçilərin cəsədlərini görüblər.

Məlumatlara görə, həmin ərazidə yaşayan insanlar təlaş içindədir. Təmas xəttinə yaxın ərazilərdə yaşayan insanlar təcili şəkildə köçürdülür.

“Gözlənilməz irimiqyaslı hərbi əməliyyatlar ordunun təşkilatlanmasında olan problemləri, qarşı tərəfin həmlələrini dəf etmə acizliyini üzə çıxarıb. Bunun əsasında, ekspertlərin də əvvəllər vurğuladığı Ermənistan ordusundakı korrupsiya halları təşkil edir”, - erməni KİV-ləri yazır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi