Yuxarı
    Bağlamaq

    KİV: Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu ay görüşəcək

    Görüşün BMT Baş Assammbleyasının sessiyası çərçivəsində baş tutacağı gözlənilir

    Bakı. 5 sentyabr. REPORT.AZ/ "Sentyabrda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş planlaşdırılıb".

    "Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Daşnaksyutun Partiyasının siyasi məsələlər üzrə ofisinin başçısı Kiro Manoyan sentyabrın 5-də keçirdiyi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, görüş BMT Baş Assammbleyasının sentyabrda keçiriləcək sessiyası çərçivəsində baş tutacaq: "Görüşdə ATƏT-in Minsk qrupunun həmsədləri, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri iştirak edəcəklər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi