Kerri: "ABŞ və Rusiya Qarabağ münaqişəsinin nizamlanması üzrə birgə işləyir"

Kerri: "ABŞ və Rusiya Qarabağ münaqişəsinin nizamlanması üzrə birgə işləyir" ABŞ dövlət katibi Rusiya prezidenti ilə bir sıra məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ətrafında sülh prosesini müzakirə etdiyini bildirib
Qarabağ
19 İyul , 2016 14:29
Kerri: ABŞ və Rusiya Qarabağ münaqişəsinin nizamlanması üzrə birgə işləyir

Bakı. 19 iyul. REPORT.AZ/ "ABŞ və Rusiya bir sıra istiqamətlər, o cümlədən Dağlıq Qarabağ məsələsi üzrə birgə işləyir".

"Report" xəbər verir ki, bunu NBC telekanalına müsahibəsində ABŞ dövlət katibi Con Kerri deyib.

Bu yaxınlarda Rusiyaya baş tutan səfərini şərh edən C.Kerri Rusiya prezidenti ilə bir sıra məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ətrafında sülh prosesini müzakirə etdiyini bildirib.

Xatırladaq ki, iyulun 14-də ABŞ dövlət katibi Cohn Kerri Rusiya prezidenti Vladimir Putin ilə görüşüb, iyulun 15-də isə Rusiya xarici işlər naziri Sergey Lavrov ilə danışıqlar aparıb.

Son xəbərlər

Orphus sistemi