Kasprşik: "Qarşıdan gələn bayramlarla əlaqədar tərəfləri atəşkəs rejiminə ciddi riayət etməyə çağırıram"

Kasprşik: "Qarşıdan gələn bayramlarla əlaqədar tərəfləri atəşkəs rejiminə ciddi riayət etməyə çağırıram" "Mülki əhali təmas xəttində atəşkəs rejiminin pozulmasından çox əziyyət çəkir"
Qarabağ
18 Mart , 2016 14:16
Kasprşik: Qarşıdan gələn bayramlarla əlaqədar tərəfləri atəşkəs rejiminə ciddi riayət etməyə çağırıram

Bakı. 18 mart. REPORT.AZ/ ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik dünən təmas xəttində keçirdiyi monitorinqin nəticələrinə dair bəyanatla çıxış edib.

"Report" ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, A.Kasprşik monitorinq zamanı cari vəziyyətlə bağlı hər iki tərəfdən informasiya aldığını, tərəfləri narahat edən məsələləri dinlədiyini qeyd edib.

"Hər iki tərəf bəzi kəndlərin ön cəbhəyə yaxınlığından xüsusi narahatlığını və mülki əhalini atəşkəsin pozulması hallarına görə ciddi şəkildə narahat olduğunu bildirib", - deyə ATƏT sədrinin şəxsi nümayəndəsi bildirib.

"Qarşıdan gələn Novruz və Pasxa bayramları ilə əlaqədar tərəfləri atəşkəs rejiminə ciddi riayət etməyə, təmas xəttində və ya sərhəddə gərginliyi arıtra biləcək hansısa hərəkətlər etməməyə çağırıram" - o söyləyib.

Son xəbərlər

Orphus sistemi