Bakı. 18 mart. REPORT.AZ/ ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik dünən təmas xəttində keçirdiyi monitorinqin nəticələrinə dair bəyanatla çıxış edib.
"Report" ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, A.Kasprşik monitorinq zamanı cari vəziyyətlə bağlı hər iki tərəfdən informasiya aldığını, tərəfləri narahat edən məsələləri dinlədiyini qeyd edib.
"Hər iki tərəf bəzi kəndlərin ön cəbhəyə yaxınlığından xüsusi narahatlığını və mülki əhalini atəşkəsin pozulması hallarına görə ciddi şəkildə narahat olduğunu bildirib", - deyə ATƏT sədrinin şəxsi nümayəndəsi bildirib.
"Qarşıdan gələn Novruz və Pasxa bayramları ilə əlaqədar tərəfləri atəşkəs rejiminə ciddi riayət etməyə, təmas xəttində və ya sərhəddə gərginliyi arıtra biləcək hansısa hərəkətlər etməməyə çağırıram" - o söyləyib.