Yuxarı
    Bağlamaq

    Kaspşik: "Ofisin genişləndirilməsi Qarabağ münaqişəsi zonasında monitorinqləri artırmağa imkan verəcək"

    Əlavə əməkdaşlar şəxsi nümayəndənin hazırkı sahə köməkçiləri ilə eyni vəzifələri yerinə yetirəcəklər

    Bakı. 21 fevral. REPORT.AZ/ "ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi Dağlıq Qarabağ münaqişəsi zonasında monitorinq aparılmasını artırmağa imkan verəcək".

    "Report" xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik "News.am"a müsahibəsində deyib.

    O, ofisin genişləndirilməsi prinsipinin 2016-cı ildə Vyana və Sankt-Peterburqda keçirilən yüksək səviyyəli görüşlərdə Azərbaycan və Ermənistan prezidentləri tərəfindən qəbul edildiyini xatırladıb.

    "Prezidentlərin qərarını alqışlayıram. Bu təşəbbüsün konstruktiv axarda irəliləməsi üçün ATƏT sədrliyi, həmsədrlər və tərəflərlə daimi əlaqədəyəm", - A.Kaspşik bildirib.

    Onun sözlərinə görə, müşahidə missiyasının genişləndirilməsi ilə bir sıra beynəlxalq əməkdaşlar da prosesə cəlb olunacaqlar: "Əlavə əməkdaşlar şəxsi nümayəndənin hazırkı sahə köməkçiləri ilə eyni vəzifələri yerinə yetirəcəklər."

    A.Kaspşik qeyd edib ki, missiyanın genişləndirilməsi qərarı təmas xəttində gərginliyi azaltmağa və regionda sabitliyin artmasına kömək edə biləcək etimad tədbiri kimi nəzərdən keçirilə bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi