Kaspşik: "Dağlıq Qarabağ münaqişəsinin həllinin digər hadisələrin fonunda kölgədə qalmaması vacibdir"

Kaspşik: "Dağlıq Qarabağ münaqişəsinin həllinin digər hadisələrin fonunda kölgədə qalmaması vacibdir" "Mən atəşkəs rejiminin pozulması ilə bağlı xəbərlərdən çox narahatam"
Qarabağ
5 May , 2015 09:44
Kaspşik: Dağlıq Qarabağ münaqişəsinin həllinin digər hadisələrin fonunda kölgədə qalmaması vacibdir

Bakı. 5 may. REPORT.AZ/ "Vacibdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli digər yerlərdə baş verən hadisələr fonunda kölgədə qalmasın". "Report" xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik "Novosti Armeniya"ya müsahibəsində bildirib. 

Beynəlxalq ictimaiyyətin "dondurulmuş münaqişələrə" nə dərəcədə diqqət yetirdiyinə dair sualı şərh edən A.Kaspşik qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri, həmsədrlər, eləcə də Minsk qrupuna üzv olan bütün dövlətlərin XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaqda davam edir və bu münaqişənin sülh yolu ilə həll olunması üçün əllərindən gələni edir: "2014-cü ildə həmsədr ölkələr tərəfindən yüksək səviyyədə 3 görüş təşkil olunub və hər bir fəaliyyətdə olan sədr bu prosesi dəstəkləmək üçün müntəzəm olaraq regiona səfər edir. Lakin, son nəticədə, sülh müqaviləsinin məzmununun razılaşdırılması münaqişə tərəflərinin üzərinə düşür, ATƏT-in bütün strukturları isə tərəfləri bu prosesdə dəstəkləməyə cəlb olunub".

Təmas xəttində atəşkəs rejiminin pozulması halları haqqında danışan A.Kaspşik bildirib ki, bu xəbərlər onu çox narahat edir. "Hər bir ölüm hadisəsi faciədir,  atəşkəs rejimi haqqında razılaşma tam həcmdə yerinə yetirilərsə, bunun qarşısını almaq olar.

Atəşkəs rejimi haqqında müqavilə tərəflər arasında əldə olunan  razılaşma və münaqişə tərəflərinin siyasi iradəsi sayəsində qüvvədədir. Buna görə də tərəflər təmas xətti və sərhəddə öz qoşunlarının atəşkəs rejimini pozmamalarına görə məsuliyyət daşıyır", - ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi