Kaspşik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətinə görə mükafatlandırılıb

Kaspşik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətinə görə mükafatlandırılıb ABŞ və Rusiya ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə mükafat verib
Qarabağ
5 Dekabr , 2014 11:16
Kaspşik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətinə görə mükafatlandırılıb

Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ və Rusiya ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətinə görə mükafat verib. "Report" xəbər verir ki, bu barədə  ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik  öz Twitter səhifəsində qeyd edib. 

Mükafat dekabr ayının 4-də İsveçrənin Bazel şəhərində başlayan Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində təqdim edilib.

Xatırladaq ki, A.Kaspşik 1997-ci il yanvar ayının 1-dən ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ məsələsi üzrə şəxsi nümayəndəsi vəzifəsini icra edir.   

Son xəbərlər

Orphus sistemi