Kanada XİN: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və “Dağlıq Qarabağ Respublikası”nı tanımırıq

Kanada XİN: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və “Dağlıq Qarabağ Respublikası”nı tanımırıq Cavab notasında Kanada hökumətinin münaqişənin ATƏT-in Minsk qrupu prosesi çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyi vurğulanır
Qarabağ
25 Yanvar , 2018 17:30
Kanada XİN: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və “Dağlıq Qarabağ Respublikası”nı tanımırıq

Bakı. 25 yanvar. REPORT.AZ/ Kanada Azərbaycanın notasına cavab verib. 

Bunu "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O xatırladıb ki, ötən ilin sentyabrın 2-də Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş, bununla da XİN tərəfindən adları “Arzuolunmaz şəxslər siyahısı”na daxil edilmiş Kanada parlamentinin üzvləri - Toni Kleman və Reyçel Harderlə bağlı Azərbaycanın Kanadadakı səfirliyi bu ölkənin Xarici İşlər, Ticarət və İnkişaf Departamentinə nota ünvanlayıb: "Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentindən daxil olan cavab notasında Kanadanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir daha bəyan edilir. Həmçinin Kanadanın “Dağlıq Qarabağ Respublikası” və ya onu təmsil edən “rəsmiləri” tanımadığı bildirilir və Kanada hökumətinin münaqişənin ATƏT-in Minsk qrupu prosesi çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyi vurğulanır.

Bu xüsusda, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmiş Kanada Parlamentinin iki üzvünün Kanada hökuməti adından səfər etmədiyi və Kanada hökumətinin bu plan barəsində öncədən xəbərdar edilmədiyi bildirilir. Notada həmçinin Kanadanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarına girişlə bağlı Azərbaycanın siyasətindən məlumatlı olduğu, bu səbəbdən öz vətəndaşlarını işğal edilmiş ərazilərə səfərlərdən çəkinməyə çağırdığı və Azərbaycan hökumətinin razılığı olmadan bu kimi səfərlərin Azərbaycan Respublikasının qanunlarına əsasən, qeyri-qanuni olduğu qeyd olunur". 

Son xəbərlər

Orphus sistemi