Kamal Abdullayev: "Azərbaycan xalqında ermənilərlə əvvəllər olduğu kimi birgə yaşamaq potensialı var"

Kamal Abdullayev: "Azərbaycan xalqında ermənilərlə əvvəllər olduğu kimi birgə yaşamaq potensialı var" "Biz məsələni sülh yolu ilə həll etmək istəyirik"
Qarabağ
22 Yanvar , 2016 11:43
Kamal Abdullayev: Azərbaycan xalqında ermənilərlə əvvəllər olduğu kimi birgə yaşamaq potensialı var

Bakı. 22 yanvar. REPORT.AZ/ "Bizim erməni vətəndaşlarımız var və onlar vaxt gələcək Azərbaycan qanunları çərçivəsində yaşamaq ehtiyacı hiss edəcəklər". "Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bu gün keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunma limitini itirməyib: "Məsələnin başqa bir məcraya düşməməsi Azərbaycanın dünya ölkələrinə olan hörmətinin nəticəsidir. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Bizdə erməni fobiyası yoxdur. Azərbaycan cəmiyyətində və xalqında onlarla əvvəllər olduğu kimi birgə yaşamaq potensialı var".

Son xəbərlər

Orphus sistemi