Yuxarı
    Bağlamaq

    İslam Əməkdaşlıq Təşkilatı Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

    Görüş zamanı regionda mövcud vəziyyət və sonuncu hadisələr müzakirə olunacaq

    Bakı. 17 sentyabr. REPORT.AZ/ Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) təmas qruplarının iclası çərçivəsində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

    "Report" İƏT-in rəsmi saytına istinadən xəbər verir ki, təmas qruplarının iclasları sentyabrın 18-də, BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində keçiriləcək.

    Belə ki, Dağlıq Qarabağ münaqişəsinə dair təmas qrupunun iclası keçiriləcək. Görüş zamanı regionda mövcud vəziyyət və son hadisələr müzakirə olunacaq.

    İƏT-in xarici işlər nazirləri Myanma müsəlmanları və Fələstin qaçqınlarının üzləşdiyi problemləri də müzakirə edəcək. Bundan əlavə, təşkilata aid Somali, Syera-Lione, Yəmən, Mali, Cəmmu və Kəşmir, Bosniya və Herseqovinaya dair təmas qruplarının iclasları baş tutacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi