Son iki sutkada erməni tərəfi atəşkəsi 108 dəfə pozub

Son iki sutkada erməni tərəfi atəşkəsi 108 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
15 Dekabr , 2014 09:31
Son iki sutkada erməni tərəfi atəşkəsi 108 dəfə pozub

Bakı. 15 dekabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 55 dəfə pozulub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun Ağbulaq və Əlibəyli kəndlərində, İcevan rayonunun Berkaber və Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Şıxlar, Mərzili, Sarıcalı, Kəngərli, Şuraabad, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, son iki sutkada cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 108 dəfə pozulub.

Son xəbərlər

Orphus sistemi