Yuxarı

Son iki sutkada erməni silahlı bölmələri atəşkəs rejimini 112 dəfə pozub

Düşmən cavab atəşi ilə susdurulub

Bakı. 2 mart. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Alxanlı, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, əvvəlki sutka müddətində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 62 dəfə pozub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi