Yuxarı

İzmit şəhərində Xocalı soyqırımı abidəsinin tikintisi başa çatır

Layihə bələdiyyənin Park və Bağçalar İdarəsi tərəfindən hazırlanıb

Bakı. 9 fevral. REPORT.AZ/ Türkiyənin İzmit Şəhər Bələdiyyəsi tərəfindən Xocalı soyqırımı abidəsinin tikintisi davam edir.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, abidə şəhərin Yenişəhr rayonunda ucaldılır.

Abidənin hündürlüyü 2,5 metrdir. Layihə bələdiyyənin Park və Bağçalar İdarəsi tərəfindən hazırlanıb.

Məlumata görə, abidə fevralın 26-da - Xocalı soyqırımının 23-cü ildönümünə hazır olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi