Yuxarı
    Bağlamaq

    İtaliya Senatının iclasında Xocalı soyqırımı ilə bağlı bəyanat səsləndirilib

    Senatorlar İtaliya parlamenti və hökumətini bu faciəyə biganə qalmamağa çağırıblar

    Bakı. 25 fevral. REPORT.AZ/ İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri senator Sercio Divina, habelə senatorlar Mariya Rizzotti və Hans Berqer Xocalı soyqırımın 25-ci ildönümü münasibəti ilə Senatın plenar iclasında çıxış ediblər.

    "Report"un xəbərinə görə, senatorlar ermənilərin Xocalıda mülki əhaliyə qarşı törədilən vəhşiliklər, baş vermiş insan itkiləri və qurbanların başına gətirdiyi ağır işgəncələrdən bəhs ediblər.

    Parlamentarlar həmçinin Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat veriblər, soyqırımı törədən Ermənistan, bu gün ona rəhbərlik edən və birbaşa Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb ediblər

    Onlar İtaliya parlamenti və hökumətini bu faciəyə biganə qalmamağa, gələcəkdə bu cür bəşəriyyət əleyhinə cinayətlərin qarşısını almaq məqsədilə, soyqırımı tanımağa dəvət ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi