Yuxarı
    Bağlamaq

    ​İtaliya səfirliyi Riminidə turizm sərgisində ermənilərin təxribat cəhdlərini şərh edib

    İtaliya qondarma DQRi  tanımır

    Bakı. 9 oktyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İtaliyanın mövqeyi yaxşı məlumdur və bu dəyişməz olaraq qalır: biz qondarma "DQR"i tanımırıq. Bu barədə "Report"a İtaliyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

    Səfirlikdən qeyd ediblər ki, oktyabrın 8-10-da baş tutan Rimini Beynəlxalq turizm sərgisi özəl tədbirdir və İtaliyanın bu məsələdəki mövqeyini əks etdirmir.

    Xatırladaq ki, oktyabrın 8-dən 10-na kimi İtaliyanın Rimini şəhərində "TTG Incontri-2015" Beynəlxalq turizm sərgisi keçirilir. Azərbaycanın İtaliyadakı səfirliyinin müdaxiləsi nəticəsində ermənilər tərəfindən Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərin ayrıca stenddə təqdim edilməsi cəhdinin qarşısı alınıb. Bütün imkanlardan məhrum olan Ermənistan tərəfi yalnız öz stendində separatçı rejimlə bağlı bir neçə broşura təqdim etməklə kifayətlənib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi