Yuxarı

​İsveç XİN-in başçısı: "Tərəfləri münaqişənin dinc yolla həlli istiqamətində çalışmağa çağırırıq"

Marqot Valstrem: Dağlıq Qarabağ münaqişəsi yalnız dinc yolla həll edilə bilər

Bakı. 9 fevral. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi yalnız dinc yolla həll edilə bilər".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Marqot Valstrem erməni həmkarı Edvard Nalbandyanla Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, gərginliyin yaranmaması üçün mümkün olanların hamısını etmək vacibdir: "ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həlli yollarının axtarılması gücləndirilməlidir. Tərəfləri münaqişənin dinc yolla həlli istiqamətində çalışmağa çağırırıq".

Qeyd edək ki, Marqot Valstremin fevralın 10-da Azərbaycana səfər edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi