Yuxarı
    Bağlamaq

    Səfir: "İsrail Azərbaycanın müharibəni alovlandıran ölkə olmadığını gözəl bilir"

    İsrail Azərbaycanın suverenliyi nəzərə alınmaqla, tərəflər arasında əldə olunacaq hər cür razılaşmanı qəbul edəcək

    Bakı. 10 dekabr. REPORT.AZ/ "Biz inanırıq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı istənilən qərar tərəflər arasında birbaşa danışıqlar yolu ilə əldə olunmalıdır".

    Bu fikirləri "Report"a açıqlamasında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

    "Təcrübəmizə əsaslanaraq deyə bilərik ki, biz müharibənin dəhşətli nəticələrini bilirik. Onu da gözəl bilirik ki, Azərbaycan müharibəni alovlandıran ölkə deyil", - deyə səfir bildirib.

    D.Stav həmçinin qeyd edib ki, İsrail Azərbaycanın suverenliyi nəzərə alınmaqla, tərəflər arasında əldə olunacaq hər cür razılaşmanı qəbul edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi