İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Azərbaycanın ərazi bütövlüyü dəstəkləyir

İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Azərbaycanın ərazi bütövlüyü dəstəkləyir İstanbul bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı bənd də yer alıb
Qarabağ
22 Yanvar , 2015 22:40
İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Azərbaycanın ərazi bütövlüyü dəstəkləyir

BAKI. 22 yanvar. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının İstanbulda keçirilən 10-cu sessiyası yanvarın 22-də bəyannamənin qəbul olunması ilə başa çatıb. İstanbul bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı bənd də yer alıb.

"Report"un AzərTAc-a istinadla verdiyi xəbərə görə, bəyannamədə beynəlxalq terrorizmlə mübarizə, münaqişə zonalarında sülhə nail olmaq, İslam əleyhinə təbliğat kampaniyalarının qarşısını almaq, bəşəri dəyərlərin qorunması istiqamətində digər məqamlara dair birgə səylər göstərmək məsələləri əksini tapır.

Milli Məclisin deputatı, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva bildirib ki, bəyannaməyə işğal olunmuş torpaqlarımızdan Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası, İƏT-ə üzv ölkələrin təcavüzkar Ermənistanla əməkdaşlıq etməməsi, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işinin dəstəklənməsi və bununla bağlı digər məqamlardan ibarət bənd də daxil edilib.

Son xəbərlər

Orphus sistemi