Yuxarı

İSESKO erməni qüvvələrinin Dağlıq Qarabağda atəşkəs rejimini açıq şəkildə pozmasını qınayıb

Baş direktor: Ermənistanın ötən illər ərzində bu bölgədə yerləşən bir çox məscidi və mədəniyyət abidəsini məhv edib

Bakı. 4 aprel. REPORT.AZ/ İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində atəşkəs rejimini açıq şəkildə pozaraq həyata keçirdiyi hücumları qınayıb.

"Report" IINA (International Islamic News Agency) agentliyinə istinadən xəbər verir ki, əl-Tuveycri Ermənistanın ötən illər ərzində bu bölgədə yerləşən bir çox məscidi və mədəniyyət abidəsini məhv, yüz minlərlə sakini deportasiya etdiyini bildirib.

Baş direktor təhlükəsizlik məsələləri, insan haqqları və mədəni irsin mühafizəsi ilə məşğul olan beynəlxalq təşkilatları beynəlxalq hüquqa zidd olan bu əməllərin qarşısının alınması üçün məsələyə müdaxilə etməyə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi