Yuxarı

​İranın Yerevandakı səfiri: "Ermənistanla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək vacibdir"

Seyid Kazem münaqişə bölgəsində yaranmış gərginlikdən narahat olduqlarını söyləyib

Bakı. 4 may. REPORT.AZ/ "İranla Ermənistan müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu İranın Yerevandakı səfiri Seyid Kazem Səccadi Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşündə deyib. 

S.Ohanyan iranlı diplomata Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son vəziyyətlə bağlı məlumat verib.

Seyid Kazem yaranmış gərginlikdən narahat olduqlarını, münaqişə bölgəsində sabitlik və sülhün yaranması üçün bütün imkanlardan istifadə edəcəklərini söyləyib. Səfir müdafiə sahəsində iktərəfli əməkdaşlığın vacibliyini də vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi