İranın müdafiə naziri: “Tərəfləri Qarabağ məsələsində danışıqları davam etdirməyə çağırırıq”

İranın müdafiə naziri: “Tərəfləri Qarabağ məsələsində danışıqları davam etdirməyə çağırırıq” Bakı. 27 dekabr. REPORT.AZ/ İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi Ermənistanın Tehrandakı səfiri Artaşes Tumanyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişəni müzakirə ediblər.
Qarabağ
27 Dekabr , 2017 12:31
İranın müdafiə naziri: “Tərəfləri Qarabağ məsələsində danışıqları davam etdirməyə çağırırıq”

Bakı. 27 dekabr. REPORT.AZ/ İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi Ermənistanın Tehrandakı səfiri Artaşes Tumanyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişəni müzakirə ediblər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, səfir iranlı nazirə ölkəsinin müdafiə naziri Vigen Sarkisyanın salamlarını çatdıraraq, iki ölkə arasında müdafiə və təhlüksizlik sahələrində əlaqələrin indiki səviyyəsindən razı qaldıqlarını vurğulayıb.

Əmir Hatəmi bildirib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədi ilə balanslaşdırılmış siyasət yürüdür və tərəfləri danışıqları davam etdirməyə çağırır. 

Son xəbərlər

Orphus sistemi