​İran və Ermənistanın müdafiə nazirləri Moskvada Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

​İran və Ermənistanın müdafiə nazirləri Moskvada Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər Nazirlər İslam Respublikası ilə Ermənistan arasında hərbi əməkdaşlığın mövcud vəziyyətindən də danışıblar
Qarabağ
27 Aprel , 2016 10:53
​İran və Ermənistanın müdafiə nazirləri Moskvada Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Bakı. 27 aprel. REPORT.AZ/ İranın müdafiə naziri Hüseyn Dehqani Moskvada Ermənistanın müdafiə naziri Seyran Ohanyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik üzrə 5-ci Konfrans çərçivəsində keçirilib.

Tərəflər təmas xəttində gərginliyin artmasından "narahat olduqlarını" vurğulayıblar.

Nazirlər İslam Respublikası ilə Ermənistan arasında hərbi əməkdaşlığın mövcud vəziyyətini və perspektivini də müzakirə ediblər.

Qeyd edək ki, konfransda Azərbaycanı müdafiə nazirinin müavini Kərim Vəliyev təmsil edir.  

Son xəbərlər

Orphus sistemi