Yuxarı
    Bağlamaq

    İran və Ermənistan müdafiə nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər

    Görüş zamanı tərəflər münaqişənin hərbi yolla həllinin olmadığını qeyd ediblər

    Bakı. 27 aprel. REPORT.AZ/ İranın müdafiə naziri Hüseyn Dehqan Moskvada ermənistanlı həmkarı Vigen Sarkisyanla görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.  

    Nazirlikdən bildirilib ki, tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri, o cümlədən Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər: "Nazirlər növbəti dəfə münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıblar".

    Qeyd edək ki, aprelin 26-da Moskvada VI Beynəlxalq Təhlükəsizlik konfransı başlayıb. Bu konfrans Rusiya Müdafiə Nazirliyinin himayəsi altında 2012-ci ildən bəri hər il keçirilir. İran və Ermənistan müdafiə nazirləri Hüseyn Dehqan və Vigen Sarkisyan konfransda iştirak edir. 

    Tədbir bu gün başa çatacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi