Yuxarı

İran səfiri: "Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır"

İran üçün qonşuların təhlükəsizliyi və stabilliyi prioritet məsələlərdəndir

Bakı. 25 iyul. REPORT.AZ/ "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır".

"Report"un news.am saytına istinadən verdiyi xəbərə görə, bunu İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi deyib.

Səfirin dediyinə görə, İran üçün qonşuların təhlükəsizliyi və stabilliyi prioritet məsələlərdəndir. "Münaqişələr sülh yolu ilə, danışıqlarla həll olunmalıdır", - səfir bildirib.

O əlavə edib ki, beynəlxalq normalar münaqişənin sülh yolu ilə həlli üçün əla imkan yaradır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi