Yuxarı

İran parlamentinin spikeri: "Biz Qarabağda müharibənin başlamasına imkan verməməliyik"

Dağlıq Qarabağ münaqişəsi regionun əsas problemlərindən biridir

Bakı. 20 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi regionun əsas problemlərindən biridir".

"Report" "Vestnik Qafqaza"ya istinadən xəbər verir ki, bunu Moskvada səfərdə olan İran parlamentinin spikeri Əli Laricani deyib.

"Bu regionda kifayət qədər gərginlik və müharibə var. Buna görə də yeni bir müharibənin başlamasına imkan vermək olmaz", - deyə Ə.Laricani bildirib.

O, Moskvaya səfəri zamanı Milli Məclisin sədri Oqtay Əsədovla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar apardığını xəbər verib.

Ə.Laricani əlavə edib ki, İran və Rusiya bu məsələdə səylər göstərməli, Azərbaycan və Ermənistanı bu münaqişənin həllinin siyasi yolla əldə edilməli olmasına inandırmaq və müharibə alovlarının bölgəni ağuşuna almasının qarşısını almaq üçün öz imkanlarından istifadə etməlidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi