İran ermənilər tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində məscidlərin dağıdılmasını pisləyib

İran ermənilər tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində məscidlərin dağıdılmasını pisləyib "Buna heç bir dövlətin ixtiyarı yoxdur"
Qarabağ
4 Dekabr , 2014 19:32
İran ermənilər tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində məscidlərin dağıdılmasını pisləyib
Bakı. 4 dekabr. REPORT.AZ/ Bakıda səfərdə olan İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində mədəniyyət abidələrinin və məscidlərinin ermənilər tərəfindən dağıdılmasına və məhv edilməsinə münasibət bildirib. "Report"un xəbərinə görə, Əbuzər İbrahimi Türkmən bu kimi hallara etiraz etdiyini deyib: "Azərbaycanın işğal olunmuş ərazilərində mədəniyyət və islami abidələrin dağıdılmasına İran öz narahatlığını və etirazını bildirir. Dünyanın hər hansı yerində olursa-olsun bir məscid və ya mədəniyyət nümunəsi, abidəsi dağıdılarsa, biz öz etirazımızı bildiririk. Buna heç bir dövlətin ixtiyarı yoxdur".

Son xəbərlər

Orphus sistemi