İqor Popov: "​Minsk qrupunun həmsədrləri regiona səfər edəcək"

İqor Popov: "​Minsk qrupunun həmsədrləri regiona səfər edəcək" Səfərin tarixi tərəflər arasında razılaşdırılır
Qarabağ
11 İyul , 2016 23:53
İqor Popov: ​Minsk qrupunun həmsədrləri regiona səfər edəcək

Bakı. 11 iyul. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağla münaqişəsinin nizamlanması ilə bağlı regiona yenidən səfər etmək niyyətindədirlər. Lakin səfərin dəqiq tarixi hələ məlum deyil. "Report" xəbər verir ki, bu barədə Minsk qrupunun rusiyalı həmsədri İqor Popov "RİA Novosti"yə bildirib.

Əvvəlki səfər aprelin 5-də Xankəndi, İrəvan və Bakıda vəziyyətin gərginləşməsindən bir neçə gün sonra baş tutub.

"Təbii ki, biz münaqişə regionuna gedəcəyik. Amma bununla bağlı konkret tarix yoxdur, o, tərəflər arasında razılaşdırılır" –deyə İqor Popov bildirib. O, qeyd edib ki, həmsədrlərin regiona növbəti onların iş qrafiki nəzərə alınmaqla reallaşacaq.

İqor Popov həmçinin əlavə edib ki, bu gün Avstriyanın paytaxtı Vyanada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirakı ilə Minsk qrupunun görüşü keçirilib.

Son xəbərlər

Orphus sistemi