İqor Dodon: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin olacağına ümid edirəm"

İqor Dodon: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin olacağına ümid edirəm" Bakı. 16 mart. REPORT.AZ / Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş olacaq və kompromis həll tapılacaq.
Qarabağ
16 Mart , 2018 14:19
İqor Dodon: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin olacağına ümid edirəm
Report/ Elchin Murad

Bakı. 16 mart. REPORT.AZ / "Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş olacaq və kompromis həll tapılacaq."

"Report" xəbər verir ki, bu barədə Moldova Prezidenti İqor Dodon jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bu mövzuda çox danışmışam, çünki Moldova da oxşar münaqişə ilə üzləşib.

İ.Dodon Ermənistana da səfər etdiyini vurğulayaraq söyləyib: "Mən ümidvaram ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş olacaq və bu bölgədə yaşayan bütün xalqları qane edəcək kompromis həll yolu tapılacaq."

Son xəbərlər

Orphus sistemi