Yuxarı
    Bağlamaq

    İnsan Hüquqları üzrə Beynəlxalq Cəmiyyət "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub

    Münaqişənin həll olunmaması nəticəsində iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb

    Bakı. 7 aprel. REPORT.AZ/ İnsan Hüquqları üzrə Beynəlxalq Cəmiyyətinin Baş Katibi, professor, fizika-riyaziyyat elmləri doktoru Marat Zahidov “Ermənistan-Azərbaycan Sülh Platforması”-na qoşulması barədə bəyanat verib.

    Sülh Platformasının mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, bəyanatda deyilir: “İnsanların Sülh içində yaşamaq hüququ vardır. Bu səbəbdən, müharibəyə “yox” deyirəm. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli zəruridir. Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə etmək istəyirəm.

    BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini anlayıram. Münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm". 

    M.Zahidov qeyd edib ki, Erməni və Azərbaycan xalqlarının əsrlərlə sülh və qardaşlıq içində birgə yaşayışın nəticəsində, iki xalqın ümumi ənənələri olub: "Lakin münaqişənin həll olunmaması nəticəsində iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Mən bunu böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyirəm. Yuxarıda qeyd olunan səbəblərə görə, təmsil etdiyim təşkilat adından, bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı bəyan edirəm”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi