Yuxarı
    Bağlamaq

    İndoneziya səfiri: "Dağlıq Qarabağ münaqişəsi beynəlxalq qurumların diqqət mərkəzində olmalıdır"

    Hüsnan Bəy Fənani: Regionda vəziyyət gərgin olaraq qalır© Report.az

    Bakı. 20 iyul. REPORT.AZ / "Dağlıq Qarabağ münaqişəsi beynəlxalq qurumların diqqət mərkəzində olmalıdır".

    Bunu "Report"a İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani bildirib.

    "Biz Alıxanlı kəndinin atəşə tutulması nəticəsində iki yaşlı azərbaycanlı qızın ölümünə çox təəssüflənirik. Bu, elə bir dəhşətli hadisədir ki, onun təkrarlamasını heç kəs istəməz", - səfir bildirib və qeyd edib ki, regionda vəziyyət gərgin olaraq qalır.

    O, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qurumların diqqət mərkəzində qalmağın vacibliyini vurğulayıb və əlavə edib ki, Azərbaycan mətbuatı regionda vəziyyətlə bağlı beynəlxalq platformalarda məlumatların yayılmasında fəal olmalıdır: "Beynəlxalq ictimaiyyətin Yaxın Şərq, Fələstin və s.qayğıları var. Ona görə bu münaqişə barədə daha çox informasiyanın yayılmasını təmin etmək lazımdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi