Yuxarı
    Bağlamaq

    İndoneziyalı deputat: "BMT-nin Qarabağ münaqişəsinə dair qətnamələri məcburi xarakter olmadan səmərə verməyəcək"

    Cakartada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

    Bakı. 20 fevral. REPORT.AZ/ İndoneziya Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyir.

    "Report" İndoneziya KİV-inə istinadən xəbər verir ki, bu barədə İndoneziya-Azərbaycan ikitərəfli əməkdaşlıq qrupunun rəhbəri Meutya Viada Hafid bildirib.

    Onun sözlərinə görə, Ermənistan Dağlıq Qarabağ regionunda etnik təmizləmənin bir hissəsi kimi Xocalıda azərbaycanlıların soyqırımını törədib.

    "İndoneziya həmişə kimə qarşı və harada edilməyindən asılı olmayaraq, təcavüzə qarşı çıxıb", - deyə M.V.Hafid Cakartada yerləşən İndoneziya parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edildiyi mərasimdə çıxış edərkən deyib.

    Əməkdaşlıq qrupunun rəhbəri, həmçinin bütün erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT qətnamələrinə dəstək ifadə edib. O xatırladıb ki, BMT-nin dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistan hələ də Azərbaycana məxsus Dağlıq Qarabağ və ətraf əraziləri nəzarətdə saxlayır.

    "BMT-nin qətnamələrdə göstərilənləri həyata keçirə biləcəyinə ümid edirəm. Çünki qətnamələrin yerinə yetirilməsi məcburi xarakter olmadan yararsızdır", - o bildirib.

    M.V.Hafidin sözlərinə görə, İndoneziya Azərbaycanla dialoq və əməkdaşlığa qatqı təmin etmək niyyətindədir və bu, münaqişəsinin həlli məsələsində beynəlxalq arenada rəsmi Bakının mövqeyini gücləndirəcək.

    Tədbir zamanı qanlı Xocalı faciəsinə həsr olunmuş "Sonu olmayan dəhliz" sənədli filminin nümayişi keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi