İlham Əliyev: "Xarici yardım olmasa, Ermənistan bir həftə belə qarşımızda dura bilməz"

İlham Əliyev: "Xarici yardım olmasa, Ermənistan bir həftə belə qarşımızda dura bilməz" Azərbaycan Prezidenti: "İllər boyu Ermənistan tərəfindən yaradılmış mif aprel döyüşlərində tamailə darmadağın edildi"
Qarabağ
10 Yanvar , 2017 14:39
İlham Əliyev: Xarici yardım olmasa, Ermənistan bir həftə belə qarşımızda dura bilməz

Bakı. 10 yanvar. REPORT.AZ/ "Ötən il beynəılxalıq əlaqələrimiz daha da inkişaf edib. 2016-cı ildə Azərbaycana 20-ə yaxın dövlət və hökumət başçısı səfər edib. Beynəlxalq təşkilatlarla əlaqələr genişlənib. Azərbaycan torpaqlarının işğaldan azad olunması və BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağlı Azərbaycanın mövqeyi dəyişməzdir".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərdə Azərbaycanın əks-hücum əməliyyatı nəticəsində ordumuz düşmənə sarsıdıcı zərəbələr vurub, minlərlə hektar torpaq işğaldan azad olunub: "Aprel döyüşləri bizim parlaq qələbəmizdir, Azərbaycan dövlətinin gücünü göstərir. Bu döyüşlər göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Onlar özləri də etiraf edirlər ki, xarici yardım olmazsa, bir həftə qarşımızda dura bilməzlər".

Son xəbərlər

Orphus sistemi