​İlham Əliyev və Serj Sarqsyan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər

​İlham Əliyev və Serj Sarqsyan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər ATƏT: Prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiq ediblər
Qarabağ
17 May , 2016 02:24
​İlham Əliyev və Serj Sarqsyan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan münaqişə zonasında vəziyyətin gərginləşməsindən sonra Vyanada keçirilən ilk görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun görüşün yekunlarına dair yaydığı müvafiq bəyanatında bildirilir.

"Prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiq ediblər… Onlar bundan sonrakı zorakılıq risklərini azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırmaçı mexanizmləri üzərində işi başa çatdırmaq barədə razılığa gəliblər", — deyə bəyanatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi